Avstriyanın Obervart şəhərində keçirilən gənc cüdoçular arasında Avropa çempionatına yekun vurulub. 2 gün davam edən yarışda 41 ölkədən 396 (239 oğlan, 157 qız) cüdoçu mübarizə aparıb. Yarışda Azərbaycan millisi 1 idmançı ilə təmsil olunub.
Komandamızın heyətində Firudin Dadaşov 90 kq çəki dərəcəsində gücünü sınayıb. Təəssüf ki, idmançımız ilk cəhdində məğlub olaraq medal qazana bilməyib. O, almaniyalı Eduard Trippel qarşısında cəmi 83 saniyə tab gətirə bilib.