Beynəlxalq şahmat turniri davam edir

Beynəlxalq şahmat turniri davam edir

Xəbər verdiyimiz kimi, Bakıda 9-14 yaşlı uşaqlar arasında səkkizinci beynəlxalq şahmat turniri keçirilir.
Azərbaycanın əməkdar hakimi Gennadi Gelmanın başçılığı altında keçirilən turnirin üç turunun nəticələrinə görə, hərəsinin hesabında üç xalı olan şahmatçılarımız Abdulla Qədimbəyli və Nail Bəşirli liderlər sırasındadırlar.
Azərbaycan Şahmat Federasiyasının dəstəyi və "Gənclik” şahmat klubunun təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Rusiya, Gürcüstan, Fransa, Norveç, İran və İngiltərədən 40-dan çox şahmatçı iştirak edir.