Şahmatçılar “Sevimli Bala”da

Şahmatçılar “Sevimli Bala”da


Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun iştirakçıları paytaxtda yerləşən "Sevimli Bala” İncəsənət və Şahmat Klubunda olublar. Dünya çempionu Vladimir Kramnik, Dünya kubokunun sahibi, şahmat olimpiadasının beşqat qalibi Pyotr Svidler, qadınlar arasında dünya çempionu Yifan Hou, Olimpiya və dünya çempionu Syuzan Polqar uşaqlarla görüşüblər. Məşhurlar balacaların suallarına cavab verib, onlarla xatirə şəkli çəkdiriblər.