Cənubi Koreyanın Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunları keçirilir. Yarışın birinci günündə cüdoçularımız mübarizəyə başlayıblar. Bu idman növündə kişi və qadın komandaları arasında cəmi iki dəst medal oynanılıb. Komanda turnirində Azərbaycanın cüdo üzrə kişilərdən ibarət yığma komandası bürünc medal qazanıb.
Qeyd edək ki, hərbçilərin Dünya Oyunlarında yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov (100 kq) təmsil ediblər.