Oktyabrın 17-18-də Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə "Böyük dəbilqə” turniri keçiriləcək. Rio-2016-ya lisenziya xalları verən yarışda milli komandamız da iştirak edəcək.
Hələlik Fransa paytaxtına yollanacaq tatami ustalarımızın adları məlum deyil. Komandanın yeni baş məşqçisi Peter Zeyzenbaher buyaxınlarda heyətə kimlərin cəlb olunmasına tam aydınlıq gətirəcək.
Qeyd edək ki, bu yarışdan sonra cüdoçularımız Parisdə qalaraq təlim-məşq toplanışı keçirəcəklər. Oktyabrın 30-da isə komandamız birbaşa Abu-Dabiyə yollanacaq. Cüdoçularımız həmin şəhərdə "Böyük dəbilqə” turnirində iştirak edəcəklər.