Təmsilçimiz beynəlxalq şahmat turnirində liderliyini davam etdirir

Təmsilçimiz beynəlxalq şahmat turnirində liderliyini davam etdirir

Men adasının paytaxtı Duqlas şəhərində keçirilən üç qrupdan ibarət "PokerStars Isle of Man International 2015” beynəlxalq şahmat turniri davam edir. Ən güclü şahmatçıların "Masters” turnirində 108 şahmatçı, o cümlədən 45 qrossmeyster, reytinq xalı 700 olan 4 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən 9 turdan ibarət turnirdə ölkəmizi legioner Arkadi Naydiç (2682) təmsil edir.
Təmsilçimiz yarışda uğurlu iştirakını davam etdirir. Beynəlxalq turnirin "Masters” qrupunda altı turdan sonra hərəyə 5 xal toplayan Arkadi Naydiç, fransalı Loran Fresin, hindistanlı Pentala Harikrişna və ingiltərəli Naycel Şort liderlik edirlər. Yeddi oyunçu onlardan yarım xal geri qalır.
Qeyd edək ki, yarışda birinci yerin mükafatı 10 min funt sterlinqdir. Qadın şahmatçıların turnirində isə birinci yerin mükafatı 3 min funt sterlinq təşkil edir.