Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı çempionatı keçirilir.
Kişilərin yarışında 36, qadınların mübarizəsində isə 8 zəka sahibi mübarizə aparır. Oktyabrın 23-də başa çatacaq seçmə çempionatın əsasnaməsinə görə, kişilərin turnirində ilk 5 yeri tutan şahmatçı Azərbaycan çempionatının birinci dəstəsində, qadınlar arasında isə qızıl medal qazanan idmançı ölkə birinciliyində iştirak etmək hüququ əldə edəcək. Kişilər arasında yarış İsveçrə sistemi üzrə 9, qadınların mübarizəsində isə dairəvi sistem üzrə 7 turdan ibarətdir.