Maltanın Qotso adasında şahmat üzrə beynəlxalq dairəvi turnir keçirilir. Turnirdə beş kişi və beş qadın qrossmeyster iştirak edir. Azərbaycan nümayəndəsi Arkadi Naydiç də bu yarışda mübarizə aparır. Turnirin reqlamentinə əsasən rəqiblərin hər partiyasına 90 dəqiqə və üstəlik, hər gediş üçün əlavə 30 saniyə vaxt verilir.
Dörd turdan sonra iki xal toplayan Arkadi Naydiç turnir cədvəlində dördüncü yeri tutur.
Xatırladaq ki, Arkadi Naydiç bu yarışdan əvvəl Men adasının paytaxtı Duqlas şəhərində keçirilən "PokerStars Isle of Man International 2015” beynəlxalq şahmat turnirində 7-ci yeri tutmuşdu.