FİDE Harri Kasparovun korrupsiya əməlini sübut edib

FİDE Harri Kasparovun korrupsiya əməlini sübut edib



Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov korrupsiyada əli olduğuna görə Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilə bağlı istənilən fəaliyyətdən iki il müddətinə kənarlaşdırılıb. Bu barədə təşkilatın rəsmi saytı xəbər verib.
FİDE-nin sabiq baş katibi sinqapurlu İqnatius Leonqa qarşı da eyni cəza tətbiq olunub. FİDE-nin apardığı təhqiqat nəticəsində məlum olub ki, federasiyaya ötənilki prezident seçkiləri ərəfəsində bu posta iddialı olan Kasparov və təşkilatın o vaxtkı baş katibi Leonq müqavilə bağlayıblar. Müqaviləyə əsasən Kasparov FİDE prezidenti seçkilərində Asiya regionu federasiyalarının səslərinə görə Leonqa 500 min dollar ödəyib. Nəticədə Kasparov seçkilərdə uduzub, təşkilatın rəhbəri postuna isə yenidən Kirsan İlyumjinov seçilib.