Zona yarışlarında 800-dək idmançı mübarizə aparıb

Zona yarışlarında 800-dək idmançı mübarizə aparıb


"Təhsil” Respublika İdman Mərkəzinin respublika çempionatının zona yarışlarına yekun vurulub. Yarışda Təhsil Nazirliyinin tabeliyində olan Uşaq-Gənclər Şahmat məktəblərinin və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələrinin şagirdləri iştirak edib. 6 yaş qrupu üzrə oğlan və qızlar arasında keçirilən yarışlarda ümumilikdə 800-dək zəka sahibi mübarizə aparıb. Zona üzrə hər yaş qrupundan ilk üç yeri tutan oğlan və qızlar çempionatın final mərhələsinə vəsiqə qazanıblar. Qaliblər diplom və medallarla təltif olunublar.
Məlumat üçün qeyd edək ki, çempionatın final mərhələsinin hər yaş qrupu üzrə qalibləri 2016-cı ildə keçiriləcək məktəblilərin dünya çempionatına, II yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanacaqlar.