Cüdoçularımız Afrika açıq kubokunda iştirak edəcəklər

Cüdoçularımız Afrika açıq kubokunda iştirak edəcəklər

Noyabrın 7-də Mavrikinin paytaxtı Port-Lui şəhərində cüdo üzrə Afrika açıq kuboku start götürəcək. 55 ölkədən 246 idmançının iştirak edəcəyi bu yarış Rio-2016 Olimpiadasına lisenziya verəcək. Turnirdə Azərbaycan cüdoçuları da yarışacaqlar.
Komandamız yarışda baş məşqçi Peter Zeyzenbaher, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə 12 (9 kişi, 3 qadın) cüdoçu yer alıb.
Olimpiya Oyunlarına lisenziya xalı verən bu turnirdə qaliblər hərəyə yüz xal qazanacaqlar.
Turnirə noyabrın 8-də yekun vurulacaq.
Məlumat üçün bildirək ki, Afrikadakı yarışdan sonra komandamız eyni heyətlə Avstraliyaya, daha bir mötəbər turnirə yollanacaq.