“Okeaniya kuboku”nda yüksək nəticə

“Okeaniya kuboku”nda yüksək nəticə

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə "Okeaniya kuboku” uğrunda yarışlara yekun vurulub. 39 ölkədən 191 (131 kişi, 60 qadın) idmançının mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız yarışda 11 (9 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunub.
Yarışların birinci günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Qadın cüdoçuların yarışında mübarizə aparan Ayşə Qurbanlı (48 kq) yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə və 73 kq çəkidə yarışan Fəqan Quluzadə bürünc medal əldə ediblər. 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev qızıl medal qazanıb. 100+ kq çəkidə yarışan Uşangi Kokaurinin də çıxışı uğurlu alınıb. O, finalda Əlcəzair cüdoçusu Amin Tayibə uduzaraq gümüş medala sahib olub.
Bununla da Azərbaycan cüdoçuları "Okeaniya kuboku”nu 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.