Birinci dərəcə uğrunda şahmat yarışına start verilib

Birinci dərəcə uğrunda şahmat yarışına start verilib

Həmkarlar İttifaqı Respublika Şahmat Dama Klubunda 17 Noyabr-Milli Dirçəliş Gününə həsr olunmuş birinci dərəcə uğrunda yarışa start verilib. II dərəcəli şahmatçıların yarışında 1999-2008-ci illər təvəllüdlü uşaq və yeniyetmələr mübarizə aparırlar. Yarışda RİOEUGŞM, HİRŞDK, 1 saylı İOEUGŞDİM, 2 saylı UGŞİM, 3 saylı UGŞİM, 19 saylı UGİM, "Aura” İK və "Neftçi idman klubu” İB-i təmsil edən 63 (53 oğlan, 10 qız) zəka sahibi iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarışlarda I dərəcə norması 9 oyundan 7 xaldır.