Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov istefa verib. Onun istefası federasiyanın İdarə Heyətinin toplantısında qəbul olunub. Yunanıstanda keçirilən toplantıdan sonra FİDE rəsmi məlumat yayıb.
1995-ci ildən federasiyaya rəhbərlik edən rusiyalı biznesmenin vəzifəsini İdarə Heyətinin razılığı ilə Yunanıstan Şahmat Federasiyasının prezidenti Georgios Makropoulos icra edəcək.