Dekabrın 7-də İsrailin Aşdod şəhərində Peşəkar Şahmat Assosiasiyasının təşkil etdiyi sürətli şahmat üzrə beynəlxalq turnir start götürüb. Yarışda ölkəmizi beynəlxalq qrossmeyster Qədir Hüseynov təmsil edir. A və B qrupları üzrə keçirilən turnirdə ümumilikdə, tanınmış 12 zəka sahibi mübarizə aparır. A qrupunda təmsilçimizlə yanaşı, D.Yakovenko, Y.Nepominayuşi (hər ikisi Rusiya), S.Sevyan (ABŞ), K.Georgiyev (Bolqarıstan), B.Gelfand (İsrail), B qrupunda - İ.Smirin, E.Sutovski (hər ikisi İsrail), V.İvancuk, P.Elyanov (hər ikisi Ukrayna), E.Bakro (Fransa) və R.Rapport (Macarıstan) da iştirak edirlər. Dairəvi sistem üzrə keçirilən turnirə dekabrın 10-da yekun vurulacaq.