Cüdo üzrə qadınlardan ibarət yığma komandamızın üzvləri Türkiyənin Balıkəsir şəhərində təlim-məşq toplanışında iştirak edirlər. Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Məmmədova, Səkinə Zairova, Xanım Hüseynova, Nərgiz İbrahimova, Validə Mirzəzadə və digərləri baş məşqçi İbadulla Şahbanov rəhbərliyi altında fiziki, texniki və taktiki ustalıqlarını artırırlar.
Xanım cüdoçularımız vətənə dekabrın 18-də qayıdacaqlar.
Təlim-məşq toplanışından sonra isə həmin idmançılar respublika çempionatında güclərini sınayacaqlar.
İl ərzində bir neçə dəfə təşkil olunan belə məşqlər onların daha böyük təcrübə qazanmalarında mühüm rol oynayır.