İsrailin Aşdod şəhərində Peşəkar Şahmat Assosiasiyasının təşkil etdiyi sürətli şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
A və B qrupları üzrə keçirilən turnirdə ümumilikdə 8 ölkədən 12 zəka sahibi mübarizə aparıb. Yarışda ölkəmizi beynəlxalq qrossmeyster Qədir Hüseynov təmsil edib. Moskva komandasının lideri Yan Nepominayuşi və yerli qrossmeyster Boris Gelfand 5 mümkün xaldan 3,5-ni toplayaraq A qrupunda birinci və ikinci yerləri bölüşüblər. Qədir Hüseynov isə bu qrupda rusiyalı Dmitri Yakovenko ilə 3-4-cü yerləri bölüşüb və mükafatçılar sırasına düşə bilməyib.