Cüdo üzrə Azərbaycan milli komandası Monqolustanın paytaxtı Ulan-Batorda təlim-məşq toplanışını davam etdirir. Olimpnews.az saytının məlumatına görə, zədə səbəbindən bu ölkəyə səfər etməyən Nicat Şıxəlizadə istisna olmaqla, yığma komandamız bütün heyətlə hazırlıqda iştirak edir. Baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında keçən təlim-məşqdə cüdoçularımız fiziki, taktiki və texniki ustalıqlarını artırırlar. Yüksək səviyyədə təşkil olunan təlim-məşq toplanışı dekabrın 22-dək davam edəcək.
Xatırladaq ki, cüdoçularımız buyaxınlarda Çin və Cənubi Koreyada keçirilən Qran-pri, eləcə də Yaponiyada təşkil olunan "Böyük dəbilqə” yarışlarında iştirak ediblər. Təmsilçilərimiz hər üç turnirdə mükafatçılar sırasına düşməyi bacarıblar.