Belarusun paytaxtı Minsk şəhərində təşkil edilən şahmatın blits növü üzrə Avropa çempionatı başa çatıb. Olimpnews.az saytının məlumatına görə, qrossmeysterimiz Rauf Məmmədov turnirin qalibi adını qazanıb.
Dünən start götürən və bir gün davam edən yarışda reytinqinə görə üçüncü iştirakçı olan Rauf Məmmədov (2777 xal) 11 tur davam edən mübarizədən sonra bütün rəqiblərini qabaqlayaraq çempion olub.
Qeyd edək ki, ikinci və üçüncü yerləri isə uyğun olaraq, rus şahmatçıları Boris Şevçenko və Aleksandr Ryazantsev tutub.