Azərbaycanlı şahmatçı “Australian Masters-2015” turnirinin qalibi olub

Azərbaycanlı şahmatçı “Australian Masters-2015” turnirinin qalibi olub

Azərbaycanlı şahmatçı Kənan İzzət Melburnda keçirilən "Australian Masters-2015” beynəlxalq şahmat turnirinin qalibi olub.

Olimpnews.az saytının məlumatına görə, həmyerlimiz yeddinci turda Luke Lini (Yeni Zelandiya) məğlub edib, sonuncu turdan əvvəl – səkkizinci turda Ari Deylə (Avstraliya qalib gəlib, sonuncu turu isə Ceyms Morrislə (Avstaliya) heç-heçə başa vurub.

Beləliklə, Kənan izzət 7,5 xal toplayıb və ona çatmaqda olan Maks İlinqvortu (Avstraliya) yarım xal keçərək I yerə çıxıb.

Qeyd edək ki, Kənan İzzət və Maks İliqvort beynəlxalq qrossmeyster normalarını yerinə yetiriblər.