Melbrunda şahmat üzrə açıq Avstraliya çempionatı davam edir.
Olimpnews.az saytının məlumatına görə, yarışda ölkəmizi Kənan İzzət təmsil edir. İdmançımız çempionatın ikinci turunda yerli şahmatçı Yevgeni Şona qalib gəlib. İlk turda da şahmatçımız avstraliyalı idmançı Cen Nakauçidən üstün olub.
Qeyd edək ki, turnirdə 34 şahmatçı birincilik uğrunda mübarizə aparır.