Beynəlxalq Cüdo Federasiyası yeni ilin təqvimini açıqlayıb.
Olimpnews.az saytının məlumatına görə, bu il Bakıda təşkil olunacaq "Böyük dəbilqə"nin tarixi dəqiqləşib.
Ənənəvi turnirə mayın 6-da start veriləcək. "Böyük dəbilqə" turniri 3 gün davam edəcək.
Qeyd edək ki, ilk 7 yeri tutanlar Rio-2016 Yay Olimpiya Oyunlarına müvafiq olaraq 500, 300, 200, 100 və 80 lisenziya xalı qazanmaq imkanına malik olacaqlar.