Beynəlxalq Cüdo Federasiyası yeni ilin təqvim planını açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, 2016-cı ildə keçiriləcək yarışlar arasında Bakıda təşkil olunacaq "Böyük dəbilqə”nin də tarixi dəqiqləşib.
Belə ki, ənənəvi olaraq paytaxtımızda keçirilən turnir may ayına təsadüf edəcək. Mayın 6-da start götürəcək "Böyük dəbilqə” yarışı 3 gün sonra başa çatacaq.
Məlumat üçün qeyd edək ki, "Böyük dəbilqə”də ilk 7 yeri tutanlar, müvafiq olaraq 500, 300, 200, 100 və 80 lisenziya xalı qazanacaqlar.