Yanvarın 8-də Respublika Şahmat Mərkəzində 2000- 2001-ci illər təvəllüdlü və 2002-2003-cü illər təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliklərinə start verilib.
Olimpnews.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 1 saylı İOEUGŞDİM, 2 saylı İOEUGŞİM, 3 saylı UGŞİM, 19 saylı UGİM, RİOEUGŞM, HİRŞDK və Respublika Şahmat Klubunu təmsil edən 71 (50 oğlan, 21 qız) şahmatçı iştirak edir. Tədbirin açılış mərasimində çıxış edən paytaxtın şahmat idman növü üzrə əlaqələndirici - kuratoru Salman Əbdülov yarış iştirakçılarını salamlayaraq, onlara müvəffəqiyyətlər arzulayıb. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə 14 yaşınadək oğlanlar arasında yarış 9 turdan ibarət İsveçrə sistemi üzrə, 16 yaşınadək oğlanlar və 14 yaşınadək qızlar arasında yarışlar isə 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir. 16 yaşınadək qızlar arasında keçirilən yarış isə dairəvi sistem üzrə təşkil olunub.
Yekun nəticələrə, əsasən, qalib şahmatçılar martın 30-da keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.