Şağan Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə açıq Bakı birinciliyi davam edir. Olimpnews.az saytının məlumatına görə, yarışda paytaxt və bölgələrdən ümumilikdə 38 komandanın tərkibində 1024 idmançı qüvvəsini sınayır. Turnir iki qrupu üzrə keçirilir. 2002-2003-cü illər təvəllüdlü idmançıların yarışında 508 (483 oğlan, 25 qız), 2004-2005-ci illər təvəllüdlü cüdoçuların mübarizəsində isə 516 (494 oğlan, 22 qız) iştirakçı qalib adı uğrunda yarışır. 10 çəki dərəcəsi üzrə keçirilən turnirin baş hakimi respublika dərəcəli hakim Nazim Umbayev, baş katibi isə Məmməd Xudiyevdir.
Qeyd edək ki, Bakı birinciliyinə yanvarın 14-də yekun vurulacaq.