Avstraliyanın Melburn şəhərində keçirilən şahmat üzrə açıq ölkə çempionatına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, Melburn Şahmat Klubunun 150 illik yubileyinə həsr olunan turnirdə 34 zəka sahibi mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarışda ölkəmizi Azərbaycan şahmatçısı beynəlxalq usta Kənan İzzət təmsil edib.
Şahmatçımız 11 oyundan 8,5 xal toplayaraq yarışın qalibi adını qazanıb. Yerli şahmatçılar Bobbi Çen 8 xalla ikinci, Karl Zelesko isə 7,5 xal toplayaraq 3-cü yerə layiq görülüb.