Cüdo yığmamız Qran-pri yarışında iştirak edəcək

Cüdo yığmamız Qran-pri yarışında iştirak edəcək


Cüdo üzrə Azərbaycan millisi Kubada keçiriləcək Qran-pri turniri üçün heyətini açıqlayıb. Millimiz Kubanın paytaxtı Havanada təşkil olunacaq yarışda əsas heyətlə mübarizə aparacaq.

Belə ki, avstriyalı mütəxəssis Peter Zeyzenbaher reytinq xarakterli turnirdə 12 idmançını sınaqdan çıxaracaq. O, Kubada Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdulhəqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.

Məlumat üçün qeyd edək ki, yanvarın 22-də start götürəcək Qran-pri 2 gün davam edəcək.