“Olimpiya dünyası - 2013” beynəlxalq yarışları

“Olimpiya dünyası - 2013” beynəlxalq yarışları

Qəzetimizin 2013-cü il üçün şahmat bəstələrinin tərtibi üzrə keçirdiyi beynəlxalq yarışlara göndərilmiş yeni şahmat bəstələrini dərc etməkdə davam edirik. Xatırladaq ki, yarışlar ənənəvi olaraq dörd bölmə (etüdlər, ikigedişli, üçgedişli, çoxgedişli) üzrə keçirilir. Orijinal şahmat bəstələrini guşənin aparıcısı və yarışın təşkilatçısı İlham Əliyevə (Sumqayıt) göndərmək lazımdır. E-mail: [email protected]. Şahmat bəstələrinin son göndəriş tarixi: 20.10.2013. 2013-cü il üçün yarışların hakimlərini təqdim edirik:
+= (Etüdlər) - Yuri Bazlov (Rusiya), #2 (İkigedişli) - Pavel Muraşev (Rusiya), #3 (Üçgedişli) - Mike Prcic (ABŞ), mailto:[email protected], #N (Çoxgedişli) - Yevgeni Fomiçev (Rusiya).

"Olimpiya dünyası - 2012” (#2)



"Olimpiya dünyası - 2012”nin ikigedişli (#2) bölməsi yarışının hakimi beynəlxalq qrossmeyster Vasili Dyaçukdan (Ukrayna) qəzetimizə məktub daxil olub. Hakimin qərarı ilə Yuri Alekseyevin (Rusiya) 6-cı mükafat almış 783 saylı məsələsinin sələfi (www.yacpdb.org/index.php?id=352002) tapıldığı üçün yarışdan çıxarılır: Y.Alekseyev (Şa6/Şc5), Zadaçı i etyudı 2005. Düzdür, "Olimpiya dünyası”nda dərc olunan yeni versiya daha yaxşıdır, lakin bu hakimin fikrincə, sadəcə, öncə dərc olunmuş məsələnin versiyasıdır.







968. Aleksandr Tsaplin (Ukrayna, MFS) 1.Va7!. 969. Salman Cavadzadə (Gəncə) 1.f4!. 970. Kənan Vəlixanov (Azərbaycan) 1. Şg5! 1...e4 2.Ad4 e3 3.Vc2#, 1...Şe2 2.Ve3+ Şf1 3.Vf2#, 2...Şd1 3.Vd2#, 1...Şe4 2.Vc4+ Şxf3 3.Vg4#. 971. Leonid Makaronez (İsrail) 1.Td6! (2.Te6+ Şd5 3.Te5#), 1...Fb3 2.Ae2 Şd3 3.Ag3+ Şc3 4.Ae4#, 1...gh 2.Af3 Şf5 3.Ae5+ Şg5 4.Tg6#, 2...Şf4 3.Ae5+ Şg3 4.Tf3#. 972. Vitali Şevçenko, Vladimir Şmatov (Ukrayna, Rusiya) 1.Td7! Şc4 2.Te5 Şd3 3.Td5 - 4.Txd4#, 3...Şc4 4.d3+ Şxd3 5.Txd4#, 2...d3 3.Te7 Şd4 4.Rxf5 4...Şc4 5.Te4#, b) 1.Şe1! - 2.Şf2 Şxd2 3.Te1 Şd3 4.Tc1 Şd2 5.Td1#, 3...d3 4.Te3 Şd1 5.Txd3#. 973. V.Şevçenko, V.Xupçenko, L.Lyubaşevski (Ukrayna, İsrail) 1.Şc2! Şc4, Şa3 2.Fb1 Şb4 3.Şb2 Şc4 4.Fe4 Şb4 5.Fc6 Şc4 6.Ad5 Şd3 7.Fb5#.

İ.Əliyev (Sumqayıt)
Beynəlxalq hakim