Yanvarın 25-də 2002-2005-ci illər təvəllüdlü cüdoçular Qəbələ şəhərinə təlim-məşq toplanışına yollanacaqlar. Qəbələ rayon cüdo komandasının baş məşqçisi Rail İsmayılovun olimpnews.az saytına verdiyi məlumata görə, təlim-məşqdə Bakı, Gəncə, Tovuz Naxçıvan Muxtar Respublikası və başqa rayonlardan olan idmançılar yerli idmançılarla iki həftə birlikdə öz ustalıqlarını artıracaqlar.
Qeyd edək ki, təlim-məşqin keçirilməsi Azərbaycan çempionatında idmançıların uğurla çıxış etməsi üçün təşkil olunacaq.