Cüdo üzrə milli komandamız açıq Avropa çempionatına hazırlaşır.
Olimpnews.az saytının məlumatına görə, Peter Zayzenbaherin başçılıq etdiyi yığmamız Havana Qran-prisindən sonra Bolqarıstana səfər edib.
Avstriyalı mütəxəssis bu yarışda komandaya əsas namizədləri sınayacaq. Buna görə də Bolqarıstanda keçiriləcək açıq Avropa çempionatı millimiz üçün seçim xarakteri daşıyacaq. Yanvarın 30-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək yarışada ölkəmiz 22 cüdoçu ilə təmsil olunacaq. Məşqçilər heyətinin qərarına əsasən bəzi çəki dərəcələrində tatamiyə 4, bəzilərində 3 idmançı çıxacaq.
Məlumat üçün qeyd edək ki, yarışda ümumilikdə 58 ölkədən 458 (279 kişi, 179 qadın) idmançı mübarizə aparacaq.