Yanvarın 25-dən etibarən yeniyetmə cüdoçularımız məşqçi Zaur Babayevin rəhbərliyi ilə "Neftçi’’ İdman Klubunun bazasında təlim məşq toplanışında iştirak edirlər.
Olimpnews.az saytının məlumatına görə, gündə iki dəfə keçirilən məşqlərdə 40-a yaxın idmançı iştirak edir.
Fevralın 10-dək davam edən təlim-məşqlərin keçirilməsində məqsəd həmin ayın 12-də İspaniyanın Fuengirola şəhərində start götürəcək Avropa çempionatında uğurla çıxış etməkdir.