Gələcəyin qanun keşikçiləri zəka mübarizəsində

Gələcəyin qanun keşikçiləri zəka mübarizəsində

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tədbirlər planına əsasən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat üzrə akademiya birinciliyi keçirilib. Turnirdə 16 ən güclü müdavim iştirak edib və qaliblər müəyyən olunublar. Komanda birinciliyində 4-cü kurs müdavimləri, şahmat birinciliyində isə 4-cü kurs müdavimi Bəşir Ağa, 3-cü kurs müdavimi Elgün Hüseynov, 2-ci kurs müdavimi Elşən Məmmədov və 4-cü kurs müdavimi Natiq Həsənov birinci yerə layiq görülüblər.
Sonda qaliblər mükafatlandırılıblar.