VII “Taskent Open” Beynəlxalq turniri davam edir

VII “Taskent Open” Beynəlxalq turniri davam edir

Daşkənddə Özbəkistanın birinci qrossmeysteri Qeorqi Aqzamovun xatirəsinə həsr olunmuş VII "Taskent Open” Beynəlxalq turniri davam edir.
Yarışda ölkəmizi təmsil edən qrossmeyster Azər Mirzəyev özbək şahmatçı Aleksey Brasov ilə qarşılaşıb və oyun heç-heçə başa çatıb. Bununla da hesabında 4,5 xal olan şahmatçımız çempionatın səkkizinci pilləsində qərarlaşıb.
Aprelin 23-dək davam edəcək turnirdə İngiltərə, ABŞ, İspaniya, Almaniya, Bruney, Rusiya, Azərbaycan, Ukrayna, Tacikistan, Qazaxıstan və Qırğızıstandan olan 101 şahmatçı iştirak edir.