Fevral ayının 27-28-də cüdo idman növü üzrə Xocalı soyqırıma həsr olunmuş "Azəri” cüdo klubunun açıq birinciliyi keçiriləcək.
Olimpnews.az saytının məlumatına görə, yarışda 2002-2004-cü illər təvəllüdlü oğlan idmançılar mübarizə aparacaqlar. Turnirin keçirilməsində əsas məqsədlər cüdo idman növünü inkişaf etdirmək, idmançıları vətənpərvərlik ruhunda tərbiyələndirmək və idman məktəbinin perspektivli cüdoçularını müəyyənləşdirməkdir. Görüşlər "Azəri” İOUGİM-də baş tutacaq.
Qeyd edək ki, yarışın keçirilməsinə ümümi rəhbərliyi "Azəri” cüdo klubunun təşkilat komitəsi edəcək, qarşılaşmaları isə komitə tərəfində təyin edilmiş hakimlər kollegiyası idarə edəcək.
Turnir şəxsi xarakter daşıyacaq və qüvvədə olan beynəlxalq qaydalarla keçiriləcək. Mükəfatçılar "Azəri” cüdo klubu tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Məlumat üçün bildirək ki, yarışın baş hakimi Nazim Umbayev, baş katibi isə Məhəmməd Xudiyev olacaq.