Cüdoçularımız Rio-Olimpiadasına lisenziya yarışında iştirak edəcəklər

Cüdoçularımız Rio-Olimpiadasına lisenziya yarışında iştirak edəcəklər

Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək Qran-Pri yarışlarında mübarizə aparacaq.

Rio-2016 Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli reytinq turnirində 91 ölkədən 626 cüdoçu qüvvəsini sınayacaq. 

Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçsi Peter Zayzenbaxer fevralın 19-da keçiriləcək yarışa 13 cüdoçu aparıb.

Onlardan biri qadın idmançı, 48 kq çəki dərəcəsində çıxış edəcək Aişə Qurbanlıdır. Kişilərin mübarizəsinə isə Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər.
Zədəli olduqları üçün İlqar Müşkiyev (60 kq) və Şahin Qəhrəmanov (90 kq) heyətdən çıxarılıb. İki gündür Düsseldorfda məskunlaşan cüdoçular Zayzenbaherin rəhbərliyi altında məşqlərini davam etdirirlər.

Çin Qran-Prisində ayağından ciddi zədələnən Nicat Şıxəlizadə də komanda ilə birgə məşq edib. Həkimlər onun Düsseldorf turnirində iştirakına icazə verməyiblər. Şıxəlizadə və millinin digər üzvləri Qran-Pridən sonra Almaniyanın Köln və Berlin şəhərlərində olacaq, təlim-məşq toplanışlarında iştirak edəcəklər.