Avropa kubokunda uğurlu çıxış

Avropa kubokunda uğurlu çıxış

Çexiyanın Teplitse şəhərində keçirilən gənc oğlanlar və qızlar arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycan komandası dörd qızıl və bir gümüş medal qazanıb.
55 kq çəki dərəcəsində final görüşündə qarşılaşan idmançıların hər ikisi Azərbaycan nümayəndəsi olub. İlkin Babazadə Fərid Qardaşxanova qalib gəlib. 50 kq çəki dərəcəsində həlledici döyüşdə Xəzər Həsənov Belçika nümayəndəsi Vladislav Limi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 60 kq çəki dərəcəsində çıxış edən Rauf Xəlilov da qızıl medal qazanıb. O, final görüşündə İtaliya nümayəndəsi Elios Manzidən üstün olduğunu sübut edib. Qızlar arasında 40 kq çəki dərəcəsində çıxış edən Leyla Əliyeva da ona bəslənilən ümidləri doğruldub. O, qızıl medal uğrunda döyüşdə hollandiyalı Anek Norderdən daha güclü olduğunu sübut edib.
Ümumi hesabda Azərbaycan komandası yalnız Almaniya komandasından (6-3-7) geri qalaraq ikinci yeri tutub.