Yeniyetmə cüdoçular açıq birincilikdə yarışıblar

Yeniyetmə cüdoçular açıq birincilikdə yarışıblar

Fevralın 28-də "Bərgüşad” idman klubunun cüdo bölməsinin açıq birinciliyi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, 2002-2004-cu və 2005-2007-ci illər təvəllüdlü idmançıların iştirak etdiyi yarışda Bakıdan 15, Sumqayıtdan isə 5 komanda təmsil olunub. Cüdoçular hər yaş qrupunda 9 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Məlumat üçün qeyd edək ki, yarışın baş hakimi İlqar Niftaliyev olub.

Turnirin sonunda mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.