Cüdoçularımız Samsun şəhərinə yollanacaqlar

Cüdoçularımız Samsun şəhərinə yollanacaqlar
Aprelin 1-də Türkiyənin Samsun şəhərində cüdo üzrə növbəti Qran-pri turniri keçiriləcək. 3 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Olimpnews.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Peter Zeyzenbaher Türkiyəyə güclü heyət aparacaq. Rio Olimpiadasına lisenziya xalı verən turnirdə Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Fəqan Quluzadə (73 kq), Rüstəm Alimli, Ziya Namazov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kq) və Aişə Qurbanlı (48 kq) iştirak edəcək.

Samsun Qran-prisində ümumilikdə 73 ölkədən 476 cüdoçunun mübarizə aparacağı gözlənilir.