Velosiped yolunda qəza baş verib

Velosiped yolunda qəza baş verib



XXXI Yay Olimpiadasının keçiriləcəyi Rio-de-Janeyro şəhərində inşa edilən və velosiped yarışları üçün nəzərdə tutulan yolun bir hissəsi uçub. "O Globo” nəşrinin yazdığına görə, qəzada iki nəfər həyatını itirib.
Hadisəyə güclü dalğa səbəb olub. Şahidlərin dediklərinə görə, burada işləyən fəhlələrdən bir neçəsi qayalıqlara, oradan isə dənizə yuvarlanıblar. İki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yolun 50 m-ə qədər hissəsi tamamilə uçub.
"Tim Mayya” adlı velosiped yolu bu ilin yanvarında təhvil verilib. Onun uzunluğu 4 km-ə qədərdir və dənizin sahilində yerləşir.