"Yürüşə yaxşı başladıq. Komandamız üzərinə düşəni işi gördü. Liderimiz öhdəliyini yerinə yetirdi. Komandamızın 2 üzvü də mənə çox yardım etdi. Ümumilikdə yarışın yaxşı keçdiyini söyləyə bilərəm. Olimpnews.az saytıının məlumatına görə, bunu "Tour d’Azerbaïdjan-2016"nın ilk mərhələnin qalibi, "Bora-Arqon 18" komandasının üzvü Fil Bauhaus deyib.
O qeyd edib ki, bu peşəkar karyerası ərzində ilk qələbəsidir: "Bu mənim peşəkar səviyyədə ilk uğurumdur. Qalib gəlmək hər zaman xoşdur. Çalışacağam ki, bundan sonra da inamlı çıxışımı davam etdirim. Amma sabahkı gün dağ mərhələsidir. Bu isə sprinterlər üçün əlverişli deyil”.
Yarış lideri Azərbaycan haqda müsbət fikirlər də səsləndirib: "Çox gözəl ölkəniz var. Birinci dəfədir ki Azərbaycandayam. Buranı çox bəyəndim. Təşkilatçılıq yüksək səviyyədədir. Eləcə də çoxlu sayda azarkeşlərin turu izləməsi müsbət haldır”.