"Hər zaman olduğu kimi, bu il də "Tur d’Azerbaijan” yüksək səviyyədə keçirilir. Əlbəttə, istərdik ki, bu yarış daha yüksək kateqoriyaya (2HC) sahib çıxsın və daha sonra Dünya Turu statusu alsın".
Olimpnews.az saytının məlumatına görə, bunu Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov saytımızın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.
Qusyatnikov Maksim Averinin bu il olimpiadada medal qazanmaq şanslarını da dəyərləndirib: "Bunun üçün nə etmək lazımdır? Təhlükəsizliklə bağlı hər hansı problem yoxdur. Sadəcə, maliyyə fondunu artırmaq lazımdır. İnfrastruktura gəlincə, hər şey yüksək səviyyədədir. Hotelləriniz çox əladır. Bu mənada Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri qeyd etməliyəm. Prezident İlham Əliyev ölkənizdə idmanın inkişafı üçün hər şeyi edir. Ancaq realist olmaq lazımdır. Maksim Averinin bu il olimpiadada medal qazanmaq şansı var. Çünki trass olduqca mürəkkəb olacaq. Braziliyalılar olimpiada tarixinin ən çətin velosiped yarışını təşkil etməyi planlaşdırır”.
Rahib Səmədov,
Qəbələ