"Bugünkü mərhələnin xüsusən sonluğu maraqlı alındı. Bir çox ötmələr müşahidə olundu”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Tour d’Azerbaijan-2016” veloyürüşünün 4-cü mərhələsinin qalibi olan "Nasr-Dubai” klubunun üzvü Luka Vakermann deyib.
İtaliyalı velosipedçi yarışın hansı yoxuşda həll olunduğunu açıqlayıb: "Finişə 1 kilometr qalmış Rinaldo Nosentini ilə sprinterə çıxdıq. Dünən 3-cü yeri tutmuşdumsa, bu mərhələdə qalib gəldim. 2-ci yoxuş çox kəskin idi. 15-20 velosipedçinin gərgin mübarizəsi gedirdi. Deyərdim ki, bu gün yürüşün taleyi məhz həmin yoxuşda həll olundu”.
Rahib Səmədov,
Şamaxı, Pirqulu