5,5 xal 10-cu yerlə qiymətləndi

5,5 xal 10-cu yerlə qiymətləndi

Daşkənddə Özbəkistanın birinci qrossmeysteri Qeorqi Aqzamovun xatirəsinə həsr olunmuş VII "Taskent Open” Beynəlxalq turniri başa çatıb.
Yarışda ölkəmizi təmsil edən qrossmeyster Azər Mirzəyev 5,5 xalla turniri onuncu yerdə başa vurub.
Azərbaycan, İngiltərə, ABŞ, İspaniya, Almaniya, Bruney, Rusiya, Ukrayna, Tacikistan, Qazaxıstan və Qırğızıstandan 101 şahmatçının iştirakı ilə keçirilmiş turnirdə rusiyalı Pavel Maletin çempion olub.