Cüdöçularımız fərqləndilər

Cüdöçularımız fərqləndilər



İyunun 4-5-də 1999-2001-ci il təvəllüdlü oğlanlar və qızlar arasında Həzi Aslanovun xatirəsinə həsr edilmiş XXVIII beynəlxalq cüdo turniri keçirilib.

10 ölkədən 357 idmançının iştirak etdiyi turnirdə bu qurumun 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) 38 cüdoçu ilə təmsil olunub.
Yarışda idman məktəbinin çüdoçuları dörd qızıl, bir gümüş və iki bürünc medal qazanaraq birinci yerə layiq görülüblər. Murad Abışov (46 kq), Cəfər Əkbərli (90 kq), Mehdi Zeynalov (55 kq) və Diana Şoranova (70 kq) qızıl, Sabir İsmayılov (66 kq) gümüş, Nigar Hacıramazanova (40 kq) və Paşa Əliyev (73 kq) turniri bürünc medalla başa vurublar.

Azərbaycan yarışda ümumi komanda hesabında birinci yeri tutub. 2-ci yeri Gürcüstan, 3-cü yeri isə Macarıstan cüdoçuları tutublar.