Yeniyetmə və gənc şahmatçılar Gədəbəydə qüvvələrini sınadılar

Yeniyetmə və gənc şahmatçılar Gədəbəydə qüvvələrini sınadılar

Aprelin 18-22-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş 8-16 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə rayon turniri keçirilib.
Gədəbəy uşaq-gənclər şahmat məktəbində təşkil olunan yarışda 88 nəfər mübarizə aparıb. Yarışın keçirilməsində əsas məqsəd uşaqlar, yeniyetmələr və gənclər arasında şahmatın təbliği olub.
Sonda yüksək yerləri tutan idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.