Velosipedçimiz Rumıniyada uğurla çıxış edib

Velosipedçimiz Rumıniyada uğurla çıxış edib



Rumıniyada 19 komandanın iştirakıyla Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Sibiu" Velosiped Turu yarışı keçirilib. 

"Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakov dağa fərdi ötüşmə üzrə 6,8 kilometrlik məsafəyə yarışların 3-cü mərhələsində qələbə qazanıb.
Məsafəni 16 dəqiqə 21 saniyəyə qət edən velosipedçimiz ən yaxın izləyicisi İtaliyanın "Androni Giocattoli" pro-kontinental komandasının üzvü Alesio Talianini 6 saniyə qabaqlamaqla mərhələnin qalibi olub.
Bu mərhələdəki uğurlu çıxışı sayəsində "Synergy Baku"nun üzvü ən yaxşı dağ velosipedçilərinin mübarizəsində 3-cü yerə yüksəlib.

Qeyd edək ki, yarışda komandamız 5 velosipedçi - Elçin Əsədov, Matiya Kvasina, Kiril Pozdnyakov, Matey Müqerli və Yosip Rumaçla təmsil olunub.