İyulun 18-20-də Masallıda Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranmasının 22-ci ildönümünə həsr olunan cüdo üzrə açıq birincilik keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, yarışda müxtəlif çəki dərəcələri üzrə uşaq, yeniyetmə və gənclər mübarizə aparacaqlar.
Turnirin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunu yüksəltmək, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və cüdonun kütləviliyinə təkan verməkdən ibarətdir. Yarışın keçirilməsinə Masallı Rayonu Gənclər və İdman Nazirliyi rəhbərlik edəcək.
Qalib və mükafatçılar diplom və medallarla təltif olunacaqlar.