Yığmanın üzvləri xal qazanıblar

Yığmanın üzvləri xal qazanıblar

  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən "Naxçıvan Open - 2013” beynəlxalq şahmat festivalı davam edir. "Naxçıvan Open - 2013” beynəlxalq şahmat festivalının birinci turunun nəticələrinə görə, 16 zəka sahibi, o cümlədən beş Azərbaycan şahmatçısı - beynəlxalq qrossmeyster Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abbasov, Türkan Məmmədyarova və Nərmin Xələfova hərəyə 1 xal toplayıblar. Qeyd edək ki, doqquz turdan ibarət olan festivalda dünyanın 15 ölkəsindən 253 şahmatçı iştirak edir. "Naxçıvan Open -2013” beynəlxalq şahmat festivalı mayın 1-dək davam edəcək.