Sentyabrın 16-18 tarixlərində İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Olimpnews.az saytının məlumatına görə, fərdi və komanda şəklində keçiriləcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Hazırda milli komandamız Bakıda baş məşqçi Rəşad Həsənovun rəhbərliyi ilə təlim-məşq toplanışı keçir.
Qeyd edək ki, 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) iştirak edəcəyi Avropa çempionatında milli komandamız 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparacaq.