Şamaxı şəhərində cüdo üzrə 1999-2001-ci, 2002-2004-cü, 2005-2007-ci illər təvəllüdlü idmançıların iştirak etdiyi beynəlxalq turnir keçirilib. Olimpnews.az saytının məlumatına görə, 15 komandanın mübarizə apardığı yarışda Balaxanı Olimpiya İdman Kompleksinin idmançıları da qüvvələrini sınayıb.
Birincilik Balaxanı cüdoçuları üçün uğurlu olub. Belə ki, baş məşqçi Müşfiq Hüseynovun rəhbərliyi ilə tatamiyə çıxan 20 idmançıdan 15-i fəxri kürsüdə yer tutmağı bacarıblar. Onlardan Tofiq Hüseynov, Murad Əhmədov, Həsən Əhmədov, Əli Əliyev, Səlim Hüseynov bütün rəqiblərinə üstün gələrək çempionluq sevincini yaşayıblar.
Roman Uğurliyev, Nihat Quliyev, Aytac Qardaşxanlı gümüş medala sahib çıxıblar. Digər yeddi idmançı - Nemət İsayev, Lətif Tanrıverdizadə, Aşur Əliyev, Rza Əliyev, Nihat Cəfərov, Vüsal Məmmədov və Əli Hüseynov isə son görüşlərini uğurla başa vuraraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Qeyd edək ki, görüşlər baş hakim Vahid Tarverdiyevin nəzarəti altında keçirilib. Yarışın yekununda mükafatçılara diplom və qiymətli hədiyyələr təqdim olunub.